logo

“GDF Suez” şirkəti ilə içməli su və kanalizasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.


Yaradılıb: 25-01-2013 09:45
 
Yanvarın 24-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “GDF Suez” şirkətinin sədr müavini və prezidenti Jan Fransua Sirelli ilə görüşü olmuşdur. 
Görüşdə “GDF Suez” şirkəti ilə Azərbaycan arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunmuşdur. Gələcəkdə Azərbaycanda əhalinin keyfiyyətli içməli su və kanalizasiya xidmətləri ilə tam təmin olunması sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir. 
Görüşdə “Abşeron” qaz yatağının işlənməsinə, “Şahdəniz” yatağından hasil olunan qazın alınmasına və nəqlinə dair də fikir mübadiləsi aparılmışdır. 
Qeyd edək ki, 2012-ci il sentyabrın 24-də “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Fransanın  Suez  Environnment şirkəti arasında “Bakı şəhərinin su təchizatı xidmətlərinin əməliyyat qiymətləndirilməsi və Master Plana dəstək” layihəsi üzrə müqavilə imzalanmışdır.   Müqavilə Bakı şəhərinin mövcud su təchizatı sisteminin vəziyyətini araşdırmaq, zəif tərəfləri üzə çıxarmaq və fasiləsiz su təchizatına nail olmaq üçün Fəaliyyət Planının müəyyənləşdirilib təqdim edilməsini, eyni zamanda təcrübə mübadiləsini nəzərdə tutur.