logo

Sorğu iştirakçılarının böyük əksəriyyəti xidmət haqlarını vaxtında ödəyir


Yaradılıb: 24-01-2013 14:14
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli su təchizatı və kanalizasiya sahəsində istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi  məqsədi ilə ictimai rəyin öyrənilməsinə xüsusi diqqət yetirir. Bu məqsədlə Səhmdar Cəmiyyətin www.azersu.az internet səhifəsində mütəmadi olaraq sorğular keçirilir. 2012-ci ilin sentyabrından keçirilən növbəti sorğuda saytın ziyarətçiləri xidmət haqlarının ödənilməsi ilə bağlı sualı cavablandırmışlar.
Sorğu iştirakçılarına ünvanlanmış  “Xidmət haqlarını ödəyirsinizmi?”  sualı ilə bağlı 3 cavab variantı (“vaxtında ödəyirəm”, “yubadıram”, “ödəmirəm”)  verilmişdir.
Ümumilikdə sorğuda 1090 nəfər iştirak etmişdir. Sorğu iştirakçılarının 828 nəfəri və ya 76 faizi xidmət haqlarını vaxtında ödədiklərini bildirmişdir. İştirakçıların 109 nəfəri və ya 10 faizi xidmət haqlarını gecikdirərək ödədiklərini qeyd etmişdir. 153 cavabda isə (14 %) xidmət haqlarının ödənilmədiyi qeyd olunmuşdur.
Qeyd edək ki, “Azərsu” ASC-nin internet səhifəsində yeni sorğunun  keçirilməsinə başlanmışdır.  Saytın ziyarətçiləri içməli su təchizatının vəziyyəti ilə bağlı sorğuda iştirak edə bilərlər.