logo

Bakının Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq


Yaradılıb: 25-12-2012 09:15
   Bakı şəhəri Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bir hissəsində 24 saat fasiləsiz içməli su təchizatını təmin etmək məqsədi ilə “+110 Şərq” su anbarında 1400 mm diametrli kollektorun paylayıcı şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar 25-26 dekabr 2012-ci il tarixlərində paytaxtın Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə içməli su müəyyən fasilələrlə veriləcək.
   Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.