logo

Sumqayıt şəhərinin bir hissəsinə içməli suyun verilməsində fasilələr olacaq


Yaradılıb: 28-11-2012 17:20

   “H.Z.Tağıyev adına Su Kəmərləri” idarəsinin nasos stansiyası ərazisində magistral su xəttində təmir işlərinin aparılması ilə əlaqədar noyabrın 29-da  saat 09:00-dan 18:00-dək  Sumqayıt şəhəri H.Z. Tağıyev qəsəbəsinə, Kimyaçılar, “Xəzər” bağları, “Kottec” yaşayış sahələrinə içməli suyun verilməsində fasilələr olacaq.

    Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.