logo

Bakının Nəsimi və Nərimanov rayonlarının bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 21-11-2012 10:09

  Bakı şəhəri Nərimanov rayonu F.X. Xoyski küçəsindən keçən magistral su xəttində təmir işləri aparılır. Bununla əlaqədar noyabrın 21-də gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə - C. Hacıbəyli, M.Qaşqay, X. Şuşinski, S. Rüstəm küçələrinə, eləcə də Vaqif prospektinə içməli suyun verilməsində fasilələr olacaq.

   Yaranmış narahatlıqla  əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.