logo

Sumqayıt stansiyası yaşayış sahəsinə içməli suyun verilməsində fasilələr olacaq.


Yaradılıb: 20-11-2012 15:29

 “H.Z.Tağıyev adına Su Kəmərləri” idarəsinin 1-ci nasos stansiyasından Müşfiqabad qəsəbəsi istiqamətində magistral su xətlərinin birində əsaslı təmir işləri aparılır. Bununla əlaqədar olaraq noyabrın 21-də Sumqayıt şəhəri Sumqayıt stansiyası yaşayış sahəsinə içməli suyun verilməsində fasilələr olacaq.

   Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.