logo

İçməli su və kanalizasiya xidmətləri istifadəçilərinin sayı artmışdır


Yaradılıb: 15-11-2012 16:46

   01 oktyabr 2012-ci il tarixinə olan məlumata görə, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ölkə üzrə 1115732 abunəçiyə xidmət göstərir. İstehlakçıların 97 %-ni əhali, 3 %-ni isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir. Cari ilin üçüncü rübündə içməli su  və kanalizasiya xidmətlərinin  istifadəçisi kimi qeydiyyata  alınmış istehlakçıların sayı 4917 abunəçi və ya 0,4 % artmışdır. Abunəçi sayında artım əsasən nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, həmçinin yeni abunəçilərin qeydiyyata alınması hesabına baş vermişdir.

  “Azərsu” ASC istehlakçıların su sayğacları ilə təmin olunmasına da xüsusi diqqət yetirir. 2012-ci ilin üçüncü rübündə əhali və qeyri-əhali qrupu abunəçiləri üzrə 6 mindən çox su sayğacı quraşdırılmışdır. Bununla da ölkə üzrə sayğaclı abunəçilərin ümumi sayı 540206-ya çatmışdır.  Hazırda abunəçilərin 48 faizi sayğacla təmin olunub.