logo

Sumqayıt şəhərinin su təchizatı yaxşılaşdırılır


Yaradılıb: 13-11-2012 14:44

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalini içməli su təchizatının və  kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir. Tədbirlər planına uyğun olaraq Sumqayıt şəhərində təmir-bərpa, əsaslı yenidənqurma işləri aparılır.

   Cari ilin yanvar-oktyabr aylarında Sumqayıt şəhərində müxtəlif diametrli borularla 6,7 km uzunluğunda yeni şəbəkədaxili su xətti çəkilmiş, uzun müddət istismarda olan 8,5 km uzunluğunda su xətləri isə yeniləri ilə əvəzlənmişdir. Şəhər əhalisini dayanıqlı içməli su ilə təmin etmək məqsədi ilə “Sumqayıt Sukanal” İdarəsi tərəfindən  121 ədəd siyirtmə  yenisi ilə əvəzlənmiş, 720 nasos təmir edilmişdir. Ötən müddətdə Sumqayıt şəhərində əhali və qeyri-əhali abunəçiləri üzrə 7 mindən çox su sayğacı quraşdırılmışdır.

   Qeyd edək ki, “Sumqayıt Sukanal” İdarəsi Sumqayıt şəhəri, H.Z.Tağıyev və Corat qəsəbələri üzrə 81 mindən çox abunəçiyə xidmət göstərir.