logo

“Azərsu” ASC üzrə YAP-nın ərazi ilk partiya təşkilatı diplomla təltif olunmuşdur


Yaradılıb: 12-11-2012 15:58

                   

 Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi münasibəti ilə YAP Yasamal rayon təşkilatında yubiley tədbiri keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmişlər.

  YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov Yeni Azərbaycan Partiyasının yaranma tarixi, inkişaf mərhələləri, ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolu barədə məlumat vermişdir. Tədbirdə çıxış edən digər natiqlər əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, 20 illik şərəfli mübarizə yolu keçmiş, xalqın dərin etimadını qazanmış Yeni Azərbaycan Partiyasının güclü siyasi təşkilat olaraq formalaşmasından, və öz ətrafında xalqın ən fəal təbəqələrini birləşdirməklə ölkəmizin tərəqqisi naminə genişmiqyaslı fəaliyyətindən söhbət açmışlar.

 Tədbirin sonunda partiya quruculuğunda fəal iştirakına görə və Yeni Azərbaycan Partiyasının  yaranmasının 20 illiyi münasibəti ilə ərazi ilk partiya təşkilatları mükafatlandırıldı. Moskva prospekti 67 ünvanında fəaliyyət göstərən “Azərsu” ASC ərazi ilk partiya təşkilatı diplomla təltif edilmiş və diplom ərazi ilk partiya təşkilatının sədri Mirkamil Seyidova təqdim olunmuşdur. 

 Qeyd edək ki, hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2520  əməkdaşı Yeni Azərbaycan Partiyasının üzvüdür. Onlardan 450 nəfəri isə son bir ildə partiya sıralarına qəbul olunub.