logo

Bakının Yasamal rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 08-11-2012 12:14

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Bakı şəhəri Yasamal rayonun İ. Qutqaşenli küçəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri ilə əlaqədar noyabrın 9-da İ. Qutqaşenli və M. Müşviq küçələrində, həmçinin İnşaatçılar prospektinin bir hissəsinə içməli suyun verilməsində fasilələr olacaq.

 Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.