logo

Bakının Yasamal rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 19-10-2012 15:29

  Bakı şəhəri Yasamal rayonu “Qızıl Şərq” adlanan hərbi şəhərcik ərazisində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar 19-20 oktyabr tarixlərində şəhərcik ərazisinə, eləcə də Şahbazi və İ.Qutqaşenli küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Qeyd edək ki, indiyədək şəhərcik ərazisində içməli su səhər və axşam qrafiklə verilirdi. Yeni  magistral xəttin şəbəkəyə qoşulmasından sonra içməli su təchizatı fasiləsiz olacaq.

  Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.