logo

Badamdar qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 06-09-2012 14:45

  Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən nasos stansiyasını elektrik enerjisi  ilə qidalandıran xətlərin yeniləri ilə dəyişdirilməsi işləri aparılacaq.  Bununla əlaqədar bu gün həmin əraziyə içməli suyun verilməsində fasilələr olacaq.  Qeyd edək ki, bu qəsəbəyə içməli su qrafikə uyğun olaraq hər gün saat 15.00-dan 23.00-a kimi verilir.

  Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.