logo

Binəqədi, Nərimanov, Xətai və Nizami rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 08-08-2012 16:59

  Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən Binəqədi nasos stansiyasına içməli su nəql edən 1200 mm diametrli magistral su xəttində təmir-bərpa işləri aparılacaq. Bununla əlaqədar avqustun 8-də axşam saatlarından başlayaraq avqustun 10-dək paytaxtın Binəqədi rayonunun Binəqədi kəndinə, 7-ci və 8-ci  mikrorayonlara, Nərimanov rayonunun Ə. Rəcəbli, Z. Bünyadov, Ə. Əliyev, Aga Neymətulla, N. Hacıyev,  H. Mirzəyev, Z. Xəlilov, Təbriz, R. Şıxəliyev küçələrinə, eləcə də Xətai və Nizami rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr olacaq.

  Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.