logo

"Azərsu” ASC işçi qəbulu elan edir


Yaradılıb: 20-07-2012 14:27

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri üzrə işlərdə tikintiyə texniki nəzarəti həyata keçirmək üçün müvafiq ixtisaslı işçilərin işə qəbulunu elan edir.  

   Bu kateqoriyadan olan işçilər   tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına, normativ sənədlərə uyğun olaraq texnoloji ardıcıllıqla və keyfiyyətlə icrasına nəzarət edir, layihə-smeta sənədləri üzrə arayış, çertyoj və hesabatlar hazırlayır. 

  Tələblərə görə namizədlərin inşaat mühəndisliyi üzrə ali təhsili, bu sahədə minimum 3 il iş təcrübəsi olmalıdır. Namizədlər tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri, inşaat işlərinin təşkili və  planlaşdırılması prinsiplərini, inşaat norma ve qaydalarını, eləcə də texniki şərtləri bilməlidir. Bununla yanaşı namizədlər müvafiq kompyuter biliklərinə (MS Office, İnternet, Outlook. AutoCAD)  malik olmalıdır.

   Maraqlananlar şəxsi məlumatlarını (CV) hr@azersu.az e-mail ünvanına göndərə bilərlər. Əlavə məlumat üçün əlaqə telefonu (012) 431-47-67.