logo

İçməli su və kanalizasiya xidmətləri istifadəçilərinin sayı artmışdır


Yaradılıb: 18-07-2012 16:06

  01 iyul 2012-ci il tarixinə olan məlumata görə, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ölkə üzrə 1110815 abunəçiyə xidmət göstərir. İstehlakçıların 97 %-ni əhali, 3 %-ni isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir. Cari ilin ikinci rübündə içməli su  və kanalizasiya xidmətlərinin  istifadəçisi  kimi qeydiyyata alınmış istehlakçıların sayı 17135 abunəçi və ya 1,6 % artmışdır. Abunəçi sayında artım əsasən nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, həmçinin yeni abunəçilərin qeydiyyata alınması hesabına baş vermişdir.

  “Azərsu” ASC istehlakçıların su sayğacları ilə təmin olunmasına da xüsusi diqqət yetirir. 2012-ci ilin ikinci rübündə 11 350 abunəçi sayğacla təmin olunmuşdur. Bununla da ölkə üzrə sayğaclı abunəçilərin sayı 534385-ə çatmışdır. Hazırda abunəçilərin 48,1 faizi sayğacla təmin olunub.