logo

Yanvar-iyun aylarında "Qaynar Xətt"ə 4125 müraciət daxil olmuşdur


Yaradılıb: 17-07-2012 14:47

   2012-ci ilin yanvar-iyun aylarında “Azərsu” ASC-nin 955 saylı “Qaynar Xətt”inə abunəçilər tərəfindən 4125 müraciət daxil olmuşdur və zənglərin əksəriyyəti Bakı şəhərində yaşayan vətəndaşlar tərəfindən edilmişdir. Müraciətlərin təqribən 47,5 faizi və ya 1959-u su xətlərindəki qəza ilə bağlı olmuşdur. İlin birinci yarısında “Azərsu” ASC-nin “Qaynar xətt”inə içməli suyun verilməməsi ilə əlaqədar 1713, kanalizasiya sistemindəki tutulmalarla bağlı isə 415 zəng olunmuşdur. Hesabat dövründə suyun tərkibi ilə bağlı abunəçilər tərəfindən cəmi 6 müraciət daxil olmuşdur. Qeyd edək ki, bildirişlərin çatdırılması, sayğac problemləri və ödənişlərlə bağlı “Qaynar Xətt”ə edilən müraciətlər yerli Sukanal  idarə və departamentlərinə yönləndirilir.

  “Azərsu” ASC-nin “Qaynar xətt”inə edilən müraciətlər  Səhmdar Cəmiyyətin müvafiq bölmələri tərəfindən araşdırılmış və problemlər öz həllini tapmışdır.