logo

Yevlax, Bərdə və Naftalan şəhərlərində çirkab sutəmizləyici qurğular tikiləcək


Yaradılıb: 13-07-2012 14:42

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti  “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Yevlax, Bərdə və Naftalan şəhərlərində Çirkab Sutəmizləyici Qurğuların tikintisi üzrə tender elan etmişdir. Azərbaycan Hökumətinin  iştirak payı və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin krediti hesabına maliyyələşdirlən layihə çərçivəsində  həmin şəhərlərin hər birində çirkab sutəmizləyici qurğular kompleksi yaradılacaq.

  Layihəyə uyğun olaraq  Yevlax şəhərində  sutkalıq gücü  14,5 min kubmetr olan çirkab sutəmizləyici qurğu tikiləcək. Bərdə şəhərində tikiləcək qurğu sutkada 11 min kubmetr çirkab suyu təmizləməyə imkan verəcək. Layihə çərçivəsində Naftalan şəhərində sutkalıq gücü 4500 kubmetr olan çirkab sutəmizləyici qurğu kompleksi yaradılacaq.

  Tenderdə iştirak etmək istəyənlər təkliflərini yazılı formada  təqdim etməli, müsabiqədə iştirak üçün 150 manat və ya 200 ABŞ dolları ödəməlidir. İddiaçı şirkətlər təkliflərini  24 avqust 2012-ci il tarixədək “Azərsu” ASC-yə təqdim edə bilərlər.