logo

Suyun bulanıqlıq səviyyəsinin artması ilə əlaqədar su təchizatında fasilələr olacaq


Yaradılıb: 11-07-2012 12:00

    Son günlər ölkə ərazisinə düşən yağıntı ilə əlaqədar dağ çaylarındakı sel və daşqınlar səbəbindən Kür çayında bulanıqlıq səviyyəsi normadan dəfələrlə yüksəkdir. Suyun həddən artıq bulanıq olması ilə əlaqədar (emal üçün suyun yolverilən bulanıqlıq həddi 2000 mq/litr-ə qədər olduğu halda, hazırda bu göstərici 50000 mq/litr-dən yüksəkdir) 11 iyul 2012-ci il tarixində Kür Sutəmizləyici Qurğular Kompleksinin işində fasilələr tətbiq ediləcək. Bu səbəbdən gün ərzində Hacıqabul şəhəri və rayonun kəndlərinə, həmçinin Bakı şəhəri Qaradağ rayonunun qəsəbələrinə içməli suyun verilməsində fasilələr olacaq.