logo

3 rayona içməli suyun verilməsində fasilələr olacaq


Yaradılıb: 03-07-2012 16:56

   Ziya Bünyadov prospektində körpü və tunel  tikintisi ilə əlaqədar ərazidən keçən 1200 mm diametrli magistral su kəmərinin yeri dəyişdirilir. Bununla əlaqədar 3,4 və 5 iyul tarixlərində paytaxtın Nizami, Nərimanov və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr yaranacaq.  

   Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.