logo

Xətai Sukanal Departamenti yeni ünvanda fəaliyyət göstərir


Yaradılıb: 11-06-2012 14:27

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların diqqətinə çatdırır ki, “Bakı Sukanal” İdarəsinin Xətai Sukanal Departamenti yeni ünvana köçmüşdür. İndiyə qədər Xətai rayonu Məhəmməd Hadi küçəsi 63 ünvanında fəaliyyət göstərmiş Xətai Sukanal Departamenti hazırda Rahib Məmmədov küçəsi 10 A ünvanında yerləşir.

  Abunəçilər su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı yeni ünvana müraciət edə bilərlər. Əlaqə telefonu: (012)  371-65-36, (012)  372-00-20