logo

"Azərsu" ASC işçi qəbulu elan edir


Yaradılıb: 26-04-2012 15:53

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bina və qurğuların tiklintisi, su və kanalizasiya xətlərinin çəkilməsi və təmir işləri ilə əlaqədar Hidromek, Komatsu, Nyu Holland və Belarus markalı təkərli ekskavatorlarda (0,3 və 1 kubmetr çalovlu) işləmək üçün müvafiq kateqoriyalı maşinistləri işə dəvət edir.

 Maraqlananlar “Azərsu” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinə (Bakı şəhəri, Mir Cəlal küçəsi 34, tel: (012) 430-81-73) müraciət edə bilərlər.