logo

“Bakı Sukanal” İdarəsinin tərkibində “Bağlar Sukanal” Departamenti yaradılmışdır


Yaradılıb: 06-04-2012 16:14

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsini təmin etmək məqsədilə idarəetmə sisteminin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində tədbirləri davam etdirir. İstehlakçılara  göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması və nəzarət sisteminin gücləndirilməsi üçün “Azərsu” ASC-nin idarə və müəssisələrində struktur islahatları aparılır. Bu islahatların tərkib hissəsi olaraq “Azərsu” ASC sədrinin 02 aprel 2012-ci il tarixli 70 nömrəli əmri ilə “Bakı Sukanal” İdarəsinin “Bağlar Sukanal” Departamenti yaradılmışdır. Yeni yaradılan departament Bakı şəhərinin Sabunçu və Binəqədi rayonlarının, Sumqayıt və Abşeronun bağ massivlərindəki, həmçinin Novxanı, Fatmayi, Goradil, Mehdiabad, Məhəmmədi, Yeni Məhəmmədi, Digah, Pirşağı və Kürdəxanı qəsəbələrindəki abunəçilərə xidmət göstərəcək. İndiyə qədər bu ərazilərə Binəqədi və Sabunçu Sukanal Departamentləri, Sumqayıt və Abşeron Sukanal İdarələri xidmət göstərirdi. Qeyd edək ki, yuxarıda adıçəkilən ərazilərdə 22700 abunəçi vardır.