logo

Bakının Sabail və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 02-04-2012 10:35

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Həyata keçirilən layihələrə uyğun olaraq magistral su kəmərlərinin yenilənməsi işləri aparılır. Bununla əlaqədar Bakının Azadlıq prospektində çəkilmiş  yeni 500 mm diametrlik magistral su xəttinin şəbəkəyə birləşdirilməsi işləri həyata keçirilir. Metal borulardan ibarət magistral kəmər özüaxımılı rejimdə işləməklə su təchizatını yaxşılaşdıracaq. Yenidənqurma işləri ilə əlaqədar aprelin 2-3-də Bakının Səbail və Nəsimi rayonlarının bir hissəsinə - Azadlıq və Bülbül prospektlərinə, Puşkin və D. Əliyeva küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

  Yaranmış narahatlıqla  əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.