logo

Sumqayıt şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 10-02-2012 10:45

 “Azərsu” Acıq Səhmdar Cəmiyyəti istehlakçıların nəzərinə çatdırır ki, şaxtalı hava səbəbindən Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən Sumqayıt şəhərinə çəkilmiş 1200 mm-lik magistral boru xəttində qəza baş vermişdir. Hazırda magistral kəmərdə təmir işləri aparılır və işlərin günün sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Bununla əlaqədar fevralın 10-da gün ərzində Sumqayıt şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.    

  Yaranmış narahatlıqla  əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.