logo

Havaların qeyri-sabit keçməsi əhalinin içməli su təchizatında ciddi problem yaratmamışdır


Yaradılıb: 04-02-2012 13:23

  Son günlər ölkə ərazisində havaların qeyri-sabit keçməsinə baxmayaraq, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsində ciddi problem yaranmamışdır. Hazırda Bakı şəhərinə 4 mənbədən – Kür, Ceyranbatan, Xaçmaz və Oğuz-Qəbələ-Bakı su kəmərləri ilə içməli suyun verilməsi adi günlərdəki qrafiklə davam etdirilir. Havaların şaxtalı keçməsinə baxmayaraq, magistral su və kanalizasiya xətlərində indiyədək donma halları baş verməmişdir. Sərt hava şəraitini nəzərə alaraq “Azərsu” ASC-nin müvafiq qurumları gücləndirilmiş iş rejimində işləyir və hər hansı qəza halları yaranarsa bunun qarşısının dərhal alınması üçün tədbirlər görülür.

 “Azərsu” ASC istehlakçılara tövsiyə edir ki, içməli su təchizatı və kanalizasiya  xidmətləri ilə bağlı problemlər barədə Səhmdar Cəmiyyətin “955” nömrəli “Qaynar xətt” xidmətinə məlumat versinlər.