logo

Qəbələ və Şamaxı şəhərlərinin su təchizatı sistemləri və çirkab su kollektorlarının tikintisi üzrə tender elan edilmişdir


Yaradılıb: 02-02-2012 14:06

 Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Qəbələ və Şamaxı şəhərlərinin su təchizatı sistemləri və çirkab su kollektorlarının tikintisi üzrə tender elan etmişdir. Azərbaycan Hökumətinin iştirak payı və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının krediti hesabına maliyyələşdirilən layihə Qəbələ və Şamaxı şəhərlərində su təchizatı sistemləri və çirkab su kollektorlarının tikintisini nəzərdə tutur. Tender Qəbələ və Şamaxı şəhərləri üzrə ayrılıqda 2 lot üzrə keçirilir. Qaydalara görə iddiaçılar hər 2 lot üzrə təkliflərini hissə və paketlər şəklində də verə bilərlər.

  Təkliflərin qiymətləndirilməsi Dünya Bankının bir mərhələli Tender Proseduruna müvafiq həyata keçiriləcəkdir. Tenderdə iştirak etmək istəyənlər təkliflərini yazılı formada (ingilis dilində) təqdim etməli, müsabiqədə iştirak üçün 160 manat və ya 200 ABŞ dolları ödəməlidir. İddiaçı şirkətlər təkliflərini 1 mart 2012-ci il saat 16:00-a qədər “Azərsu” ASC-yə təqdim edə bilərlər.

  İddiaçılar daha ətraflı məlumatı və tender sənədlərini aşağıdakı ünvandan əldə edə bilərlər:

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti,

Moskva prospekti 67, 321-ci otaq

Madər Quliyev, Beynəlxalq layihələrin idarə olunması şöbəsinin rəisi

Telefon:(+99412) 530-43-44, Faks:(+99412) 431-33-55

Email:madar.guliyev@azersu.az