logo

Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılmışdır


Yaradılıb: 31-01-2012 10:52

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların nəzərinə çatdırır ki, magistral kəmərlərdə aparılan təmir işləri ilə əlaqədar Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakı şəhərinə içməli suyun verilməsi müvəqqəti dayandırılmışdır. Bununla əlaqədar yanvarın 31-də gün ərzində Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsi müvəqqəti olaraq məhdudlaşdırılmışdır.

  Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.