logo

Tərtər rayonunun Qapanlı və Qazyan kəndlərinin su təchizatı yaxşılaşdırılır


Yaradılıb: 23-01-2012 15:06

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti cəbhə bölgələrində əhalinin su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Bu məqsədlə içməli su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrində yeni layihələr həyata keçirilir. Səhmdar Cəmiyyətin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər rayonunun Qapanlı kəndində yeni layihənin icrasına başlanmışdır. Kənd əhalisinin içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə 1 ədəd subartezian quyusu qazılmışdır. Bununla paralel olaraq hər birinin tutumu 25 kubmetr olan 2 ədəd su çəni quraşdırılmış, 13,2 kilometr uzunluğunda su xətti çəkilir.

  Tədbirlər Planına uyğun olaraq rayonun Qazyan kəndinin də içməli su problemi tezliklə həllini tapacaq. Təsdiq olunmuş layihəyə əsasən kənddə 1 ədəd subartezian quyusu qazılmış, 2 ədəd 25 kubmetrlik su çəni quraşdırılmış, 9,6 kilometr uzunluğunda su xətti çəkilir.

   İşlər başa çatdıqdan sonra Tərtər rayonunun Qapanlı və Qazyan kəndlərində 400-ə yaxın ailənin dayanıqlı su təchizatı təmin olunacaq.