logo

Bakının Səbail və Yasamal rayonlarının bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr olacaq


Yaradılıb: 13-01-2012 09:45

   E L A N

   Bakı şəhəri Parlament prospektində, Şəhidlər Xiyabanının qarşısında yeni piyada keçidinin tikintisi ilə əlaqədar magistral su xətlərinin köçürülməsi işləri aparılır. Bununla əlaqədar yanvarın 13-də gün ərzində Səbail və Yasamal rayonlarının bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr olacaq.

   Yaranmış narahatlıqla  əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.