logo

Bakıxanov qəsəbəsinə yeni magistral su kəmərinin çəkilişinə başlanılmışdır


Yaradılıb: 12-01-2012 16:48

  “Azərsu” Acıq Səhmdar Cəmiyyəti yaşayış məntəqələrinin içməli su təchizatının daha da yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Tədbirlər planına uyğun olaraq Bakının  Sabunçu rayonu Bakıxanov qəsəbəsinə yeni magistral su xəttinin  çəkilişinə başlanılmışdır. Layihəyə əsasən,  Qaraçuxur qəsəbəsindəki  “+ 126 Qaraçuxur” su anbarından  Bakıxanov qəsəbəsinə 4 km uzunluğunda, 500 və 750 mm diametrlik  plastik borularla çəkilən su xətti qəsəbədaxili şəbəkəyə birləşdiriləcək. Anbardan qəsəbəyə içməli suyun verilməsi özüaxımlı rejimdə həyata keçiriləcək. Bununla da Bakıxanov qəsəbəsində  istehlakçıların su təchizatı əsaslı şəkildə yaxşılaşacaq.
   Qeyd edək ki, hazırda  Bakıxanov qəsəbəsinə içməli su   “+ Maştağa” su anbarından nasoslar vasitəsi ilə ötürülür. Yeni kəmər tam gücü ilə işlədikdən sonra bu mənbədən Bakıxanov qəsəbəsinə içməli suyun verilməsi dayandırılacaq.