logo

"Azərsu" ASC-də əməyin ödənilməsi haqqında Əsasnamə təsdiq edilmişdir


Yaradılıb: 11-01-2012 15:52

   ““Azərsu” Açıq Səhmdar Cəmiyyətində işçilərin əməyinin ödənilməsi  haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə  “Azərsu” ASC-nin və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin birgə əmr-qərarı olmuşdur. “Azərsu” ASC-də işçilərin  əməyinin ödənilməsi  sistemində mövcud olan uyğunsuzluqların aradan qaldırılması məqsədilə əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsini, əmək haqqı səviyyəsinin yerinə yetirilən işin mürəkkəbliyinə, əməyin gərginliyinə uyğunlaşdırılmasını və Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2011-ci il tarixli “Minimum əmək haqqının artırılması haqqında” sərəncamının icrasını təmin etmək üçün “Azərsu”ASC üzrə əmək haqqı fondunun orta hesabla 20 faiz artırılması təmin edilmişdir. Bununla  Səhmdar Cəmiyyət üzrə orta aylıq əmək haqqının məbləği 348 manata, o cümlədən fəhlələr üçün 318 manata, əsas fəhlə peşələri üçün 210 manata çatdırılımışdır.

   Əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsində məqsəd “Azərsu”ASC üzrə orta aylıq əmək haqqını respublika üzrə orta göstəriciyə yaxınlaşdırmaqla işçi axınının qarşısını almaq, əməyin ödənilməsi üzrə dərəcələr arasında qeyri-bərabər nisbətləri aradan qaldırılmaq və əməyin ödənilməsi üzrə tarif bloklarını müəyyən etməkdən ibarətdir.