logo

Masallı rayonunun Köçvəlli kəndinin su təchizatı yaxşılaşdırılır


Yaradılıb: 09-01-2012 17:12

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti kənd yaşayış məntəqələrində əhalinin su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Bu məqsədlə bir neçə rayonda yeni layihələrin icrasına başlanmışdır. Səhmdar Cəmiyyətin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq içməli su çatışmazlığından əziyyət çəkən Masallı rayonunun Köçvəlli kəndində yeni layihə həyata keçirilir. Kənd əhalisinin içməli su təchizatını yaxşılaşdırmaq məqsədi ilə tutumu 200 kubmetr olan 1 ədəd su çəni quraşdırılmış, 3000 metr uzunluğunda su xətti çəkilmişdir. Kəndə içməli su yaxınlıqdakı  “Həsənli” su anbarından ötürüləcək. “Azərsu” ASC-nin daxili maliyyə imkanları hesabına görülən işlər tam başa çatdıqdan sonra Köçvəlli kəndində içməli sudan əziyyət çəkən 1764 sakinin problemi həll olunacaq.