Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi çərçivəsində “Torpaqların dövlət ehtiyacları üçün alınması və köçürülməsi prosesləri” mövzusunda təşkil olunmuş təlim kursları başa çatmışdır. 12-16 dekabr 2011-ci il tarixlərdə keçirilmiş təlimlərdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin müvafiq struktur bölmələrinin 5 əməkdaşı iştirak etmişdir. Təlimdə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun və digər qanunvericilik aktları, mövcud vəziyyət və qarşıya çıxan problemlər barədə müzakirələr aparılmışdır. Təlimdə yerli və xarici ekspertlər torpaqların dövlət ehtiyacları üçün alınması və köçürülməsi prosesləri barədə geniş məlumat vermiş, tövsiyələrini çatdırmışlar. Tədbirin sonunda “Azərsu” ASC-nin əməkdaşları göstərdikləri fəallıq nəticəsində müvəffəqiyyət sertifikatı ilə təltif edilmişlər.