logo

Yasamal rayonunda yeni magistral xətlərin istismara verilməsi içməli su təchizatını yaxşılaşdırmışdır


Yaradılıb: 13-12-2011 11:37

         200      200

 “Azərsu” Acıq Səhmdar Cəmiyyəti Bakı şəhərinin su təchizatı və kanalizasiya  sistemlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Tədbirlər planına uyğun olaraq Yasamal rayonu əhalisini fasiləsiz  içməli su ilə təmin etmək üçün bu ilin may-iyun aylarında icrasına başlanan  layihələr üzrə işlər yekunlaşmışdır.  Yasamal rayonu “+ 160 Qərb” su anbarından Ə. Ələkbərov, M. Müşviq, N. Nərimanov, M. Şəhriyar, M. Rahim və S. Dadaşov küçələri boyunca paylayıcı su kəməri çəkilmiş, həmin kəmərlə içməli suyun verilməsi təmin edilmişdır.

   Yasamal rayonunun A. Abbasov küçəsindən Ş. Mehdiyev küçəsinə qədər çəkilən yeni magistral su xəttinin də tikintisi  başa çatmışdır. Hazırda magistral kəmərin məhəllədaxili xətlərə qoşulması prosesi yekunlaşmaq üzrədir. Daha bir magistral su xəttinin tikintisi Mətbuat prospektindən M. Müşfiq küçəsinə qədər ərazidə aparılmışdır. Hazırda həmin kəmərlə içməli suyun verilməsi təmin edilir.

   Qeyd edək ki, inşaat işləri yerli şirkətlər tərəfindən həyata keçirilmişdir. Kəmərlərin korroziyaya davamlı olması üçün tikintidə Ukrayna istehsalı olan müxtəlif diametrli polad borulardan istifadə edilmişdir. Aparılan yenidənqurma işlərindən sonra göstərilən ünvanlarda əhalinin içməli su təchizatı xeyli yaxşılaşmışdır.