logo

Yasamal, Nəsimi və Səbail rayonlarına içməli suyun verilməsində fasilələr olacaq


Yaradılıb: 30-11-2011 10:04
E L A N
 
 
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Həyata keçirilən layihələrə uyğun olaraq Yasamal rayonu ərazisində məhəllədaxili şəbəkələrin Mətbuat prospektindən M.Müşfiq küçəsinə qədər çəkilmiş magistral kəmərə qoşulması işləri aparılır. Bununla əlaqədar noyabrın 30-u və dekabrın 1-də Bakının Yasamal, həmçinin Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr olacaq.

      Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.