logo

"Azərsu" ASC-nin əməkdaşlarına fəxri adların vəsiqələri və medallar təqdim edilmişdir


Yaradılıb: 19-10-2011 04:44

                

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ceyranbatan Su Kəmərləri İdarəsininin 50 illiyi ilə əlaqədar 7 sentyabr 2011-ci il tarixdə imzaladığı sərəncamlarla fəxri ad və medallarla təltif olunmuş “Azərsu” ASC əməkdaşlarının təltif olunma mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, bu təltiflər ölkə başçısının kollektivin əməyinə verdiyi qiymət və göstərdiyi diqqətin təzahürüdür: “Möhtərəm Prezident İlham Əliyev su təsərrüfatı işçilərini fəxri ad və medallarla layiq görməklə və sentyabrın 8-də yeni ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimində iştirak etməklə kollektivimizə böyük diqqət və dəstək vermiş oldu. Bütün bunlar bizim məsuliyyətimizi artırır. Cənab Prezidentin qarşımızda qoyduğu tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək üçün var gücümüzlə çalışmalı və bizə göstərilən etimadı doğrultmalıyıq”.   

   Sonra Ə.Ş.Məmmədova "Əməkdar Mühəndis" fəxri adı verilməsi "Azərsu" ASC-nin işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamları oxunmuş, Səhmdar Cəmiyyətin əməkdaşlarına vəsiqə və medallar təqdim edilmişdir. Fəxri ad və medalla təltif olunan “Azərsu” ASC-nin işçiləri Prezident İlham Əliyevə təşəkkürlərini bildirmiş və bu etimadı doğrultmaq üçün daha əzmlə çalışacaqlarını söyləmişlər. 

   Qeyd edək ki, Prezidentin sərəncamları ilə “Azərsu” ASC-nin Sukanal ETLİ-nin direktor müavini Əhməd Məmmədov “Əməkdar mühəndis” fəxri adı, 5 nəfər əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif olunmuşlar.