logo

"Azərsu" ASC-nin "Qaynar Xətt" xidmətinin nömrəsi dəyişilmişdir


Yaradılıb: 13-10-2011 09:24

  “Azərsu” Acıq Səhmdar Cəmiyyəti  tərəfindən “Qaynar xətt” xidmətində istifadə olunan 961 nömrəsi 955 nömrəsi ilə əvəz edilmişdir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının qanununa, “Nömrə resurslarının ayrılması və istifadəsi qaydaları”na, ölkədə nömrələnmə planına uyğun olaraq 961 nömrəsi “Azərsu” ASC-nin müraciəti əsasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən geri alınmış və əvəzində yeni 955 nömrəsi ayrılmışdır. Bundan sonra Bakı şəhərinin və Abşeron rayonunun sabit telefon şəbəkəsi abunəçiləri  955, bölgələrdəki sabit telefon abunəçiləri, eləcə də mobil telefon istifadəçiləri 012955 nömrəsini yığaraq “Qaynar xətt” xidmətindən istifadə edə bilərlər.

   “Azərsu” ASC əhalidən xahiş edir ki, su təchizatında yaranan problemlər, magistral və məhəllədaxili xətlərdə baş verən qəzalar, kanalizasiya şəbəkələrində tutulmalarla rastlaşdıqda dərhal 24 saat işləyən 955  nömrəsinə zəng edib “Qaynar xətt”ə məlumat versinlər. 955 nömrəsinə edilən hər bir müraciət dərhal nəzarətə götürülür və araşdırılır.