logo

"Azərsu" ASC ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında protokol imzalanmışdır


Yaradılıb: 21-09-2011 10:07

   "Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll: Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yaradılması" layihəsinə dair "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) arasında ilkin razılıq əldə olunmuşdur. Bu məqsədlə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkəmizdəki rezident nümayəndəsi xanım Kim Eun Suk protokol imzalamışlar.

     Layihənin məqsədi Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yaradılması ilə yerli sakinlərin həyat şəraitinin və ətraf mühitin yaxşılaşdırılmasıdır.

Razılığa əsasən KOİCA layihə müddətində bu işləri görəcəkdir:

1) Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasıya sistemləri layihəsinin dizaynını hazırlamaq, tikinti və tikintiyə nəzarət;

2) Layihənin icrası üçün tələb olunan avadanlıq və materialların təmin edilməsi;

3) Layihənin icrası üçün texniki məsləhət xidmətinin göstərilməsi məqsədilə koreyalı ekspertlərin Azərbaycana ezam edilməsi;

4) Azərbaycanlı mütəxəssislərin Koreyada təlim proqramlarına dəvət olunması.

   Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin layihənin icrası üçün 26 milyon ABŞ dolları məbləğində qrant ayıracağı gözlənilir. Nəzərdə tutulan işlər 2011-2014-cü illərdə həyata keçiriləcəkdir.