logo

Su təsərrüfatında nəzarətçinin abonentdən pul alması qəti qadağandır!


Yaradılıb: 23-08-2011 09:33

  Əhali istehlakçıları su təchizatı və kanalizasiya xidmətlərinin dəyərini onlara təqdim edilən bildirişlər əsasında:

a) Bank və poçt şöbələrində;

b) Paypoint ödəniş terminallarında;

c) İnternet vasitəsi ilə plastik kartlarla ödəməlidirlər.

   Qeyri-əhali istehlakçıları göstərilmiş xidmətlərin dəyərini onlara təqdim edilən hesab-fakturalar (elktron vergi hesab fakturalar) əsasında hesablaşma hesabına və depozit hesabına köçürmə yolu ilə nağdsız qaydada, yaxud yuxarıda göstərilən nağd ödəniş yolu ilə yerinə yetirə bilərlər.

  Su təchizatı və kanalizasiya xidmətlərinə görə istehlakçılarla bağlanmış bütün müqavilələrdə “Sudan istifadə qaydaları”na uyğun olaraq ödəniş üçün 10 gün müddəti nəzərdə tutulmuşdur. Sukanal Sahələri (idarələri) tərəfindən istehlakçılara hər ay təqdim edilən bildiriş və hesab-fakturalarda ödəniş müddəti 10 gün göstərilir.

 Su kəməri təsərrüfatında nəzarətçinin abonentdən pul alması qəti qadağandır!