logo

Siyəzən şəhərinin su təchizatı yenidən qurulur


Yaradılıb: 11-08-2011 08:03

     “Azərsu” ASC Siyəzən şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yenidənqurma işlərinə başlayıb. Səhmdar Cəmiyyətin hazırladığı tədbirlər planına uyğun olaraq “Siyəzən Sukanal” İdarəsinin balansında olan 1 və 2 saylı, həmçinin Dəmiryolu nasosxanalarında istismar müddətini başa vurmuş nasos və avadanlıqlar yenisi ilə əvəzlənib.

         Bərpa və yenidənqurma tədbirləri çərçivəsində həm 1, həm də 2 saylı nasosxanalarda elektrik avadanlıqları da daxil olmaqla bir komplekt, Dəmiryolu nasosxanasında isə 2 ədəd yeni nasos quraşdırılıb. Bunlarla yanaşı nasosxanalardan vurulan suyun normal paylanması üçün 159 mm diametrli təzyiqli xətlər çəkilib. Yenidənqurma işləri çərçivəsində 25-dən artıq siyirtmə quraşdırılıb ki, bu da suyun istehlakçılar arasında normal paylanmasına şərait yaradacaq. Bütövlükdə Siyəzən şəhərində görülən işlər su təchizatında qeydə alınan fasilələrin aradan qaldırılmasına və abunəçilərin dayanıqlı içməli su təchizatına imkan verəcəkdır.

     Qeyd edək ki, Siyəzən şəhərində 1960-cı illərdə qurulmuş nasosxanalardakı qurğu və avadanlıqların əksər hissəsinin  isitismar müddəti başa çatıb.