logo

Resolutions


AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Q Ə R A R

№ 328

Bakı şəhəri,                                                                          29 iyul 2019-cu il

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti

QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 257; 2006, № 1, maddə 59; 2007, № 9, maddə 922; 2009, № 10, maddə 846; 2010, № 11, maddə 1039; 2011, № 5, maddə 442; 2013, № 6, maddə 760; 2015, № 9, maddə 1074, № 12, maddə 1595; 2016, № 3, maddə 61 2, № 6, maddə 1225, № 10, maddə 1728; 2017, № 9, maddə 1746, № 12 (II kitab), maddə 2541; 2018, № 7 (II kitab), maddə 1664, № 9, maddə 1941; 2019, № 3, maddə 561, № 4, maddələr 752, 755) ilə təsdiq edilmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. “Azərsu” ASC-nin tabeliyində, “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı sukanal idarələrinin bazasında 1 №-li, Şamaxı, Ağsu, Ucar, Zərdab, Kürdəmir və Qobustan sukanal idarələrinin bazasında 2 №-li, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara sukanal idarələrinin bazasında 3 №-li, İmişli, Saatlı, Sabirabad, 2 Biləsuvar, Neftçala, Hacıqabul, Salyan və Cəbrayıl sukanal idarələrinin bazasında 4 №-li, Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Laçın, Beyləqan, Füzuli və Xocavənd sukanal idarələrinin bazasında 5 №-li, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və İsmayıllı sukanal idarələrinin bazasında 6 №-li, Yevlax, Göygöl, Samux, Naftalan, Goranboy, Kəlbəcər, Xocalı və Daşkəsən sukanal idarələrinin bazasında 7 №-li və Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax sukanal idarələrinin bazasında 8 №-li regional sukanal idarələri yaradılsın.

3. “Azərsu” ASC-nin İstehsalat-Texniki Komplektləşdirmə İdarəsinin adı dəyişdirilərək “Anbar Təsərrüfatı İdarəsi” adlandırılsın.

4. “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC onun tərkibində hüquqi şəxslər kimi fəaliyyət göstərən “Göyçay Sukanal” TSC və “Ağdaş Sukanal” TSC-nin ona qoşulmaları şəklində yenidən təşkil edilsin.

5. “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC hüquq varisliyi qaydasında ona qoşulan “Göyçay Sukanal” TSC-nin və “Ağdaş Sukanal” TSC-nin bütün hüquq və öhdəliklərini öz üzərinə götürsün.

6. “Göyçay Sukanal” TSC-nin və “Ağdaş Sukanal” TSC-nin “Birləşmiş Sukanal” MMC-yə qoşulmaları ilə bağlı təhvil aktlarının təsdiq edilməsi səlahiyyəti “Azərsu” ASC-nin sədrinə verilsin.

7. “Birləşmiş Sukanal” MMC-nin nizamnamə kapitalı “Göyçay Sukanal” TSC-nin və “Ağdaş Sukanal” TSC-nin nizamnamə kapitalları miqdarında artırılsın.

8. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 68 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 442; 2013, № 12, maddə 1642) 2-ci hissəsi ləğv edilsin.

9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və “Azərsu” ASC bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

Azərbaycan Respublikasının

Baş Naziri Novruz Məmmədov

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 29 iyul tarixli 328 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin

STRUKTURU

 

1. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Aparatı.

2. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs olmayan təşkilatlar:

2.1. “Bakı Sukanal” İdarəsi;

2.2. Nizami rayon Sukanal İdarəsi;

2.3. Xətai rayon Sukanal İdarəsi;

2.4. Binəqədi rayon Sukanal İdarəsi;

2.5. Yasamal rayon Sukanal İdarəsi;

2.6. Nərimanov rayon Sukanal İdarəsi;

2.7. Nəsimi rayon Sukanal İdarəsi;

2.8. Sabunçu rayon Sukanal İdarəsi;

2.9. Səbail rayon Sukanal İdarəsi;

2.10. Suraxanı rayon Sukanal İdarəsi;

2.11. Qaradağ rayon Sukanal İdarəsi;

2.12. Xəzər rayon Sukanal İdarəsi;

2.13. Pirallahı rayon Sukanal İdarəsi;

2.14. “Bağlar Sukanal” İdarəsi;

2.15. “Sumqayıt Sukanal” İdarəsi;

2.16. “Abşeron Sukanal” İdarəsi;

2.17. 1 №-li Regional Sukanal İdarəsi;

2.18. 2 №-li Regional Sukanal İdarəsi;

2.19. 3 №-li Regional Sukanal İdarəsi;

2.20. 4 №-li Regional Sukanal İdarəsi;

2.21. 5 №-li Regional Sukanal İdarəsi;

2.22. 6 №-li Regional Sukanal İdarəsi;

2.23. 7 №-li Regional Sukanal İdarəsi;

2.24. 8 №-li Regional Sukanal İdarəsi;

2.25. Nəzarət Ölçü Cihazları İdarəsi;

2.26. Kür Su Təchizatı İdarəsi;

2.27. Ceyranbatan Su Təchizatı İdarəsi;

2.28. Nəqliyyat və Xüsusi Texnika İdarəsi;

2.29. Anbar Təsərrüfatı İdarəsi;

2.30. Mərkəzi Laboratoriya.

3. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxslər (müəssisələr):

3.1. “Sutikinti” Müəssisəsi;

3.2. “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu;

3.3. “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyət.

 

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Q Ə R A R

№ 158

 

Bakı şəhəri,                                                                        11 aprel 2019-cu il

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli 252 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Dövlət vəsaitləri hesabına inşa edilən və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istismar olunan, texniki xidmət göstərilən aşağıdakı dövlət əmlakı həmin Cəmiyyətin balansına verilməklə, onun nizamnamə kapitalına yönəldilsin:

1.1. “Abşeron rayonu, Masazır qəsəbəsi Duz gölü ətrafında çirkab axıntılarının qarşısının alınması üçün kanalizasiya xəttinin və nasos stansiyaları kompleksinin inşası” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 6 900 000 manat olan 14,575 km uzunluğunda kanalizasiya kollektoru, 1 ədəd kanalizasiya nasosxanası, 1 ədəd yerindəyüksəltmə nasosxanası və 1 ədəd suqəbuledici kamera;

1.2. “Sumqayıt şəhərində Acıdərə kanalının inşası (1-ci mərhələ)” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 1 855 000 manat olan 2,0 km uzunluğunda kanalizasiya kollektoru və 1 ədəd şlüzlü suqəbuledici kamera;

1.3. “Sabunçu rayonu, Maştağa qəsəbəsinin magistral su kəmərinin və Xəzər rayonu, Buzovna qəsəbəsinin su təchizatı sisteminin yenidən qurulması” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 5 450 000 manat olan 6,7 km uzunluğunda magistral su xətti və 17,1 km uzunluğunda su şəbəkəsi.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 257; 2006, № 1, maddə 59; 2007, № 9, maddə 922; 2009, № 10, maddə 846; 2010, № 11, maddə 1039; 2011, № 5, maddə 442; 2013, № 6, maddə 760; 2015, № 9, maddə 1074, № 12, maddə 1595; 2016, № 3, maddə 612, № 6, maddə 1225, № 10, maddə 1728; 2017, № 9, maddə 1746, № 12 (II kitab), maddə 2541; 2018, № 7, maddə 1664, № 9, maddə 1941; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 mart tarixli 128 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.1-ci bənddə “408 749 120 (dörd yüz səkkiz milyon yeddi yüz qırx doqquz min yüz iyirmi)” rəqəmləri və sözləri “422 954 120 (dörd yüz iyirmi iki milyon doqquz yüz əlli dörd min yüz iyirmi)” rəqəmləri və sözləri ilə əvəz edilsin;

2.2. 4.2-ci bənddə “20 437 456 (iyirmi milyon dörd yüz otuz yeddi min dörd yüz əlli altı)” rəqəmləri və sözləri “21 147 706 (iyirmi bir milyon yüz qırx yeddi min yeddi yüz altı)” rəqəmləri və sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

Azərbaycan Respublikasının

Baş naziri Novruz Məmmədov

 

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Q Ə R A R

№ 413

 

                                         

Bakı şəhəri,                                                                   25 sentyabr 2018-ci il

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli 252 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Dövlət vəsaitləri hesabına inşa edilən və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istismar olunan, texniki xidmət göstərilən aşağıdakı dövlət əmlakları həmin Cəmiyyətin balansına verilməklə onun nizamnamə kapitalına yönəldilsin:

1.1. “Novxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi çərçivəsində tikilmiş, dəyəri 4 000 000 manat olan 13,6 km uzunluğunda magistral su xətti və 7,2 km uzunluğunda kanalizasiya kollektoru;

1.2. “Zığ – Yeni Suraxanı avtomobil yolunun yenidən qurulması ilə əlaqədar yolboyu su təchizatı sistemlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 1 330 620 manat olan 6,7 km uzun-luğunda magistral su xətti;

1.3. “Qobu qəsəbəsində 1008 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan qəsəbənin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi çərçivəsində tikilmiş, dəyəri 1 500 000 manat olan 4,95 km uzunluğunda magistral su xətti və 5,7 km uzunluğunda kanalizasiya kollektoru;

1.4. “Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması ilə əlaqədar su təchizatı sisteminin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 1 110 000 manat olan 5,5 km uzunluğunda magistral su xətti;

1.5. “Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal Paşayev küçəsinin yenidən qurulması ilə əlaqədar su kəmərlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 320 000 manat olan 2,5 km uzunluğunda magistral su xətti;

1.6. “Bakı şəhəri, Təbriz küçəsinin yenidən qurulması ilə əlaqədar su xətlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 375 000 manat olan 4,6 km uzunluğunda magistral su xətti;

1.7. “Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsinin yenidən qurulması ilə əlaqədar su kəmərlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 113 500 manat olan 1,1 km uzunluğunda magistral su xətti.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 257; 2006, № 1, maddə 59; 2007, № 9, maddə 922; 2009, № 10, maddə 846; 2010, № 11, maddə 1039; 2011, № 5, maddə 442; 2013, № 6, maddə 760; 2015, № 9, maddə 1074, № 12, maddə 1595; 2016, № 3, maddə 612, № 6, maddə 1225, № 10, maddə 1728; 2017, № 9, maddə 1746, № 12 (II kitab), maddə 2541; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 iyul tarixli 332 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.1-ci bənddə “400,0 milyon” rəqəmləri və sözü “408 749 120 (dörd yüz səkkiz milyon yeddi yüz qırx doqquz min yüz iyirmi)” rəqəmləri və sözləri ilə əvəz edilsin;

2.2. 4.2-ci bənddə “20000000” rəqəmləri “20 437 456 (iyirmi milyon dörd yüz otuz yeddi min dörd yüz əlli altı)” rəqəmləri və sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etsinlər.

 

Azərbaycan Respublikası Baş nazirinin

birinci müavini Yaqub Eyyubov

 

    

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Q Ə R A R

  № 410   

 

  Bakı şəhəri,                                                                   12 oktyabr 2016-cı il

 

   “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə

  Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturunun təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Ekologiya İdarəsi “Bakı Sukanal” İdarəsinə birləşdirilsin. 

2. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin H.Z.Tağıyev adına Su Təchizatı İdarəsi və Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsi Ceyranbatan Su Təchizatı İdarəsinə birləşdirilsin.

3. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti, “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyəti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində fəaliyyət göstərən hüquqi şəxs kimi müəyyən edilsinlər.

4. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Mingəçevir Sukanal” İdarəsi və “Şirvan Sukanal” İdarəsi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturundan çıxarılaraq “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibinə daxil edilsinlər.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 3, maddə 257; 2006, N 1, maddə 59; 2007, N 9, maddə 922; 2009, N 10, maddə 846; 2010, N 11, maddə 1039; 2011, N 5, maddə 442; 2013, N 6, maddə 760; 2015, N 9, maddə 1074, N 12, maddə 1595; 2016, N 3, maddə 612, N 6, maddə 1225) ilə təsdiq edilmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Strukturu”nun 2.18-ci, 2.19-cu, 2.20-ci, 2.23-cü, 2.24-1-ci, 3.4-cü və 3.5-ci bəndləri ləğv edilsin.

6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etsinlər.

 Artur Rasi-zadə,

Azərbaycan Respublikasının Baş naziri

 

 

                                 

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Q Ə R A R

 

№ 292

 

Bakı şəhəri,                                                                     31 avqust 2015-ci il

 
          “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə

 

  Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərsu” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin ona qoşulması şəklində yenidən təşkil edilsin.

2. “Azərsu” ASC hüquq varisliyi qaydasında ona qoşulan “Azərsu” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin bütün hüquq və öhdəliklərini öz üzərinə götürsün.

3. “Azərsu” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin “Azərsu” ASC-yə qoşulması ilə bağlı təhvil aktının təsdiq edilməsi səlahiyyəti “Azərsu” ASC-nin sədrinə verilsin. 

4. “Azərsu” ASC-yə qoşulan “Azərsu” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin nizamnamə kapitalı qoşulma zamanı “Azərsu” ASC-nin nizamnamə kapitalına konvertasiya edilmədən ödənilsin, “Azərsu” ASC-nin nizamnamə kapitalı, payların miqdarı və dəyəri “Azərsu” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin ona qoşulması ilə yenidən təşkili zamanı dəyişmədən mövcud səviyyədə saxlanılsın.

5. “Azərsu” ASC-nin “Göyçay Sukanal” Törəmə Səhmdar Cəmiyyəti və “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyəti “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində fəaliyyət göstərən hüquqi şəxslər kimi müəyyən edilsinlər.

6. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 257; 2006, № 1, maddə 59; 2007, № 9, maddə 922; 2009, № 10, maddə 846; 2010, № 11, maddə 1039; 2011, № 5, maddə 442; 2013, № 6, maddə 760) ilə təsdiq edilmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Strukturu”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2.20 - 2.23-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.20. Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsi;

2.21. Kür Su Təchizatı İdarəsi;

2.22. Ceyranbatan Su Təchizatı İdarəsi;

2.23. H.Z.Tağıyev adına Su Təchizatı İdarəsi;”;

6.2. aşağıdakı məzmunda 2.24-1-ci və 2.24-2-ci bəndlər əlavə edilsin:

 “2.24-1. Ekologiya İdarəsi;

2.24-2. İstehsalat-Texniki Komplektləşdirmə İdarəsi.”;

6.3. 3.2-ci, 3.6-cı və 3.7-ci bəndlər ləğv edilsin.

7.Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etsinlər.

   

Artur RASİ-ZADƏ,

 Azərbaycan Respublikasının Baş naziri

 

 

                              

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Q Ə R A R

 

      № 275   

                                 

Bakı şəhəri,                                                                      13 avqust 2014-cü il

 

 "İstehlakçıların  su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün

texniki şərtlərin verilməsi və qoşulması Qaydaları"nın təsdiq edilməsi haqqında

 

  Azərbaycan Respublikası Prezidentinin "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 18 mart tarixli 90-IVQD nömrəli Qanununun tətbiqi və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" 2011-ci il 20 aprel tarixli 423 nömrəli Fərmanının 1.4-cü bəndinin və "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 980-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" 2010-cu il 24 may tarixli 262 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 

Artur Rasi-zadə,

Azərbaycan Respublikasının Baş naziri

 

texniki şərtlərin verilməsi və qoşulması qaydaları

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Q Ə R A R

                  № 262               

 

Bakı şəhəri,                                                                           17 iyul 2014-cü il

"Sudan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında

 "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 168 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Sudan istifadə Qaydaları"  təsdiq edilsin (əlavə olunur).

Artur Rasi-zadə,

Azərbaycan Respublikasının Baş naziri

 

sudan istifadə qaydaları

 

 

 AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

 QƏRAR  № 220

 

 Bakı şəhəri,                                                                      8 oktyabr 2012-ci il

 "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin yaradılması haqqında

   Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası üzrə aparılan tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılmış vəsaitin idarə edilməsinin səmərəliliyinin artırılması, habelə tikinti prosesində ortaya çıxan məsələlərin operativ həll edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti yaradılsın.

2. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsə-lələri həll etsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

Artur Rasi-zadə

 

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında"

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli

50 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

 QƏRAR  № 68

 

Bakı şəhəri,                                                                             4 may 2011-ci il

         "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

        "Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli 252 nömrəli Sərəncamının 4-cü hissəsinə əsasən və "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 257; 2006-cı il, № 1, maddə 59; 2007-ci il, № 9, maddə 922; 2009-cu il, № 10, maddə 846; 2010-cu il, № 11, maddə 1039) ilə təsdiq edilmiş "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nin 4.11-ci, 4.12-ci, 7.2-7.4-cü, 7.6-cı, 8.14-cü, 9.1-ci bəndində ikinci halda, 9.2-ci, 9.3-9.5-ci, 10.15-ci, 11.1-ci, 11.5-ci bəndlərində və 11.3.3-cü yarımbəndində ismin müvafiq hallarında "prezident" sözləri ismin müvafiq hallarında "sədr" sözləri ilə, 7.3-cü, 9.5-ci bəndlərində və 9.2.6-cı yarımbəndində ismin müvafiq hallarında "vitse-prezidentlər" sözləri ismin müvafiq hallarında "sədr müavinləri" sözləri ilə əvəz edilsin.

2. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Strukturu" yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi öz səlahiyyətləri daxilində bu qərardan irəli gələn məsələləri həll etsinlər.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

Artur Rasi-zadə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 68 nömrəli qərarı ilə təsdiq edilmişdir

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Strukturu

 1. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin aparatı

 2. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs olmayan təşkilatlar:

 2.1. "Bakı Sukanal" İdarəsi

 2.2. "Sumqayıt Sukanal" İdarəsi

 2.3. "Abşeron Sukanal" İdarəsi

 2.4. "Oğuz-Qəbələ-Bakı Su Kəməri" İdarəsi

 2.5. "Kür Su Kəmərləri" İdarəsi

 2.6. "Ceyranbatan Su Kəmərləri" İdarəsi

 2.7. "Xaçmaz Su Kəmərləri" İdarəsi

 2.8. "H.Z.Tağıyev adına Su Kəmərləri" İdarəsi

 2.9. "Sanqaçal Su Kəmərləri" İdarəsi

 2.10. Nəqliyyat və Xüsusi Texnika İdarəsi

 3. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxslər (müəssisələr):

 3.1. "Sutikinti" Müəssisəsi

 3.2. İstehsalat-Texniki Komplektləşdirmə İdarəsi

 3.3. "Birləşmiş Sukanal" Məhdud Məsuliyyətli Cəmiyyət

 3.4. "Gəncə Sukanal" Törəmə Səhmdar Cəmiyyəti

 3.5. "Şəki Sukanal" Törəmə Səhmdar Cəmiyyəti

 3.6. "Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyəti

 3.7. "Ağdaş Sukanal" Törəmə Səhmdar Cəmiyyəti

 3.8. "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutu