logo

Əmircan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Created: 16-07-2024 11:55

Sakinlərin nəzərinə: 

Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 200 mm diametrlik su xətti yenidənqurma tədbirləri çərçivəsində 225 mm diametrlik su xətti ilə əvəz edilib.

Boruların birləşdirilməsi prosesi ilə əlaqədar  iyulun 16-sı saat 07:00-dən etibarən həmin ərazidə suyun verilməsi müvəqqəti olaraq dayandırılacaq. 

Yeniləmə prosesinin qısa zamanda yekunlaşacağı planlaşdırılır.