Facebook Twitter Instagram Youtube Google+
   
Anbarlar

               

  Bakı şəhərinin və ətraf qəsəbələrin dayanıqlı içməli su təchizatı  anbarlar vasitəsi ilə tənzimlənir. Mənbələrdən paytaxta gətirilən su magistral xətlərlə anbarlara ötürülür və buradan şəbəkəyə çatdırılır. Mövcud anbarlar əhalinin dayanıqlı su təchizatının aparılması ilə yanaşı müəyyən ehtiyatın toplanmasına da imkan verir. 

 Tələblərə uyğun olaraq su anbarlar ildə bir dəfə boşaldılaraq yuyulur və dezinfeksiya işləri aparılır. Hər gün anbarlardan su nümunələri götürülərək Mərkəzi Laboratoriyada analiz olunur. Eyni zamanda sanitar-epidemioloji müəssisələrin mütəxəssisləri tərəfindən anbarlar mütəmadi yoxlanılır.

Hazırda Bakı şəhərində 13 mərkəzi su anbarı vardır:

"+ 119 Sulutəpə" - 3 anbardan ibarət olmaqla, ümumi tutumu 33664 kubmetrdir.

"+ 160 Şimal" - 4 anbardan ibarət olmaqla, ümumi tutumu 50000 kubmetrdir.

"+ 152 Alatava" - 4 anbardan ibarət olmaqla, ümumi tutumu 36130 kubmetrdir. Hazırda 3 anbar istismar olunur.

"+ 160 Qərb" - 3 anbardan ibarət olmaqla, ümumi tutumu 26130 kubmetrdir. Hazırda 2 anbar istismar olunur. 3-cü anbarda tamamlama işləri gedir.

"+ 110 Qərb" - 5 anbardan ibarət olmaqla, ümumi tutumu 414776 kubmetrdir.

"+ 69 Qərb" -  3 anbardan ibarət olmaqla, ümumi tutumu 39550 kubmetrdir.

"+ 69 Şərq" - 6 anbardan ibarət olmaqla, ümumi tutumu 93100 kubmetrdir.

"+ 110 Şərq" - 16 anbardan ibarət olmaqla, ümumi tutumu 185000 kubmetrdir.

"+ 51 Qala" - 2 anbardan ibarət olmaqla, ümumi tutumu 20000 kubmetrdir.

"Maştağa" - 3 anbardan ibarət olmaqla, ümumi tutumu 18000 kubmetrdir.

"+ 126 Qaraçuxur" - 2 anbardan ibarət olmaqla, ümumi tutumu 37600 kubmetrdir.

“Dədə Qorqud” – 2 anbardan ibarət olmaqla, ümumi tutumu 20000 kubmetrdir.

“Səngəçal” – 4 anbardan ibarət olmaqla, ümumi tutumu 24000 kubmetrdir.

   Bunlardan əlavə Bakı şəhərində 188 müxtəlif tutumlu məhəllədaxili su anbarı fəaliyyət göstərir. Bakı şəhəri və ətraf qəsəbələrin fasiləsiz və keyfiyyətli su təchizatına nail olmaq üçün hazırda Badamdar, Hövsan, Balaxanı, Ramana, Qala, Zirə, Məhəmmədi, Saray qəsəbələrində yeni su anbarları tikilir.

   
   
Sorğu
955 Qaynar xətt xidmətinin fəaliyyəti sizi qane edirmi?
Tam Qismən Qane etmir