logo

Şəki şəhəri Çələbixan qəsəbəsinin su anbarlarının yuyulmasına başlanılıb


Yaradılıb: 26-04-2024 16:48

       

İstehlakçıların su təminatının yaxşılaşdırılması, keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi  istiqamətində kompleks tədbirlər  bölgələrdə də davam etdirilir. Respublikanın iri şəhərlərində və rayon mərkəzlərində yerləşən mərkəzi və məhəllədaxili su anbarları Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin ixtisaslaşmış xidmət briqadaları tərəfindən yuyulub dezinfeksiya edilir.

Təsdiqlənmiş təlimata uyğun olaraq Şəki şəhəri Çələbixan  qəsəbəsində yerləşən ümumi tutumu 1000 kubmetr tutumu olan 2 su anbarının yuyulmasına başlanıb. Bu məqsədlə ilkin mərhələdə anbarlardan biri tamamilə boşaldılıb, onun divarları və dib hissəsi lil və çöküntülərdən təmizlənir. İxtisaslaşmış xidmət briqadası tərəfindən dezinfeksiya işləri aparıldıqdan sonra suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Gigiyena və Epidemilogiya Mərkəzinin rəyi əsasında anbar yenidən istismara buraxılacaq.

Yuyulma işlərinin aparıldığı müddətdə qəsəbənin içməli su təchizatında dayanıqlığın təmin edilməsi məqsədilə ikinci anbar  istismarda saxlanılıb. Birinci anbarda işlər yekunlaşdıqdan sonra ikinci anbarın yuyulmasına başlanılacaq.

Qeyd edək ki, bu anbarlar Çələbixan qəsəbəsində 424 fərdi yaşayış evini və ya 2100-dən çox sakini içməli su ilə təmin edir.