Facebook Twitter Instagram Youtube Google+
   
Keyfiyyətə nəzarət

  Abşeron yarımadasına verilən içməli suyun keyfiyyətinə mənbələrdən başlayaraq istifadəçiyə verilənə qədər müxtəlif  mərhələlərdə periodik nəzarət olunur. İçməli suyun keyfiyyətinə nəzarət su mənbələrində aparılan labarator analizlərlə başlanır. İçməli su şəbəkəyə verilməzdən əvvəl mütəxəssislər tərəfindən ciddi şəkildə analiz olunur və nəticələr Mərkəzi Laboratoriyada qeydiyyata alınır. Bakı şəhəri və Abşeron yarımadası üzrə 2000-ə yaxın nöqtədən (mərkəzi və məhəllədaxili anbarlar, məktəblər, bağçalar, xəstəxanalar, ictimai iaşə obyektləri və s.) götürülür. Mərkəzləşmiş su təchizatı sistemində epidemioloji dövlət nəzarətini Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi yerinə yetirir.

  Su nümunələrinin analizlərinin nəticələri qeyri-məqbul hesab edildikdə "Azərsu" ASC-nin müvafiq şöbəsinə məlumat verilir və içməli suyun verilməsi dayandırılır. İçməli suyun keyfiyyətinə xələl gətirəcək səbəblər aradan qaldırılır. Yenidən dezinfeksiya və təmizlənmə işləri aparıldıqdan sonra içməli suyun bir daha analizi aparılır. Yalnız analizlərin nəticələri müsbət olduğu halda içməli suyun şəbəkəyə verilməsi bərpa olunur.

   
   
Sorğu
955 Qaynar xətt xidmətinin fəaliyyəti sizi qane edirmi?
Tam Qismən Qane etmir