logo

Event dedicated to the 30th anniversary of the founding of the New Azerbaijan Party


Created: 28-10-2022 17:11

     

YAP Moskva prospekti 67 ərazi ilk partiya təşkilatında müstəqil Azərbaycanın ictimai-siyasi həyatında tarixi xidmətləri olan Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təd­bir­də çı­xış edən YAP Ya­sa­mal ra­yon təş­ki­la­tı­nın sədri Bəxtiyar Nəbiyev bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi müstəqil Azərbaycanın  tarixində əhəmiyyətli hadisədir. 1992-ci il noyabrın 21-də yaradılmış Yeni Azərbaycan Partiyasının öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirərək ümumxalq partiyasına çevrilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyata keçirdiyi  siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib.

YAP Moskva Prospekti 67 ərazi ilk partiya təşkilatının sədri Günay Məmmədli  partiyanın ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolundan danışıb, su təsərrüfatı işçilərinin istehsalat sahələrində vəzifə borclarını şərəflə yerinə yetirməklə yanaşı partiya həyatında da xüsusi fəallıqları ilə seçildiklərini bildirib. Qeyd edib ki, ötən müddətdə YAP-ın proqram və prinsiplərinin təbliği, partiya sıralarının genişləndirilməsi işlərinə xüsusi diqqət yetirilib.

       

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov partiyanın  yaranma tarixindən və keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, xalqa, vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafına töhfələr verib. Yeni Azərbaycan Partiyası iqtidarda olduğu müddətdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, torpaqlarımız işğaldan azad edilib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına səbəb olub: “Ulu öndərin layiqli davamçısı Yeni Azərbaycan Partiyasının sədri möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan böyük uğurlara imza atıb. Cənab Prezidentin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq paytaxt və bölgələrdə içməli və tullantı su sistemlərinin yenidən qurulması layihələri uğurla həyata keçirilib və bu işlər ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşması ilə nəticələnib”.

Tədbirdə YAP üzvlüyünə qəbul üçün bir qrup əməkdaşın müraciətinə baxılıb, partiya üzvlüyünə qəbul olunmuş əməkdaşlara vəsiqələr, eyni zamanda fəaliyyətində fərqlənən əməkdaşlara fəxri fərman təqdim edilib.