logo

ADSEA və ASAN Radionun birgə layihəsi əsasında 100 FM-də “Su gündəmi” verilişi yayımlanır


Yaradılıb: 08-06-2023 12:27

Son dövrlər müşahidə olunan qlobal iqlim dəyişiklikləri, yağıntıların azalması və temperaturun yüksəlməsi bir çox ölkələrdə olduğu  kimi Azərbaycanda da şirin su ehtiyatlarının azalmasına səbəb olmuşdur. Transsərhəd və yerli çaylarda su axınlarının xeyli aşağı düşməsi, ölkənin əsas su anbarlarında toplanan su həcmlərinin azalması son nəticədə təsərrüfatların suvarma suyu, həmçinin əhalinin içməli su ilə təminatında müəyyən çətinliklər yaradır. Çoxillik müşahidələr və qarşıdakı illər üçün proqnozlar su ehtiyatlarının azalma dinamikasının davam edəcəyini göstərir. Belə şəraitdə şirin su ehtiyatlarından səmərəli və qənaətlə istifadə edilməsi, israfçılıq və sudan qeyri-qanuni istifadə hallarının qarşısının alınması olduqca zəruridir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və ASAN Radionun birgə layihəsi əsasında  hər həftənin çərşənbə axşamı saat 17:05-də  (təkrarı cümə axşamı saat 11:05-də)100 FM-də “Su gündəmi” verilişi yayımlanır. Verilişdə şirin su ehtiyatlarının azalma səbəbləri, su çatışmazlığı və onun yarada biləcəyi fəsadlar, şirin sudan səmərəli istifadə, nəzarətdənkənar və qanunsuz istifadənin, israfçılığın qarşısının alınması istiqamətində görülən işlər, bu sahədə qanunvericiliyin tələbləri və digər məslələrlə bağlı mütəxəssis və ekspertlər, araşdırmaçı alimlər, aidiyyatı qurumların əməkdaşları, qeyri hökumət təşkilatlarının nümayəndələri ilə ətraflı müzakirələr aparılacaq.