logo

"Azərsu" ASC karyera sərgisində təmsil olunub


Yaradılıb: 31-01-2023 15:40

   

UNEC-də “2 fevral - Azərbaycan Gəncləri Günü" münasibətilə “Gənclərin karyera günü” keçirilib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Gənclər Fondu və UNEC-in birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Prezident İlham Əliyev tərəfindən  həyata keçirilən gənclər siyasətindən danışılıb. Qeyd edilib ki, gənclərin məşğulluğunun təmin olunması prioritet vəzifələrdir.

   

Tədbir çərçivəsində keçirilən karyera sərgisində 50-yə yaxın şirkət tərəfindən  iştirakçılara vakant iş yerləri təklif olunub. Sərgidə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin stendi quraşdırılıb. Stendlə maraqlanan tələbə və məzunlara Səhmdar Cəmiyyətin fəaliyyəti, kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, karyera imkanları barədə məlumat verilib.

Karyera sərgisi təhsil seçimi, təcrübə və ixtisasartırma, işaxtaranlarla birbaşa təmas yaratmaq, onları müvafiq sahələrə istiqamətləndirmək, peşəkar mütəxəssisləri cəlb etmək və məşğulluğun təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.