logo

“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Mingəçevir şəhəri və Yevlax rayonundan olan vətəndaşları qəbul edib


Yaradılıb: 13-10-2022 13:25

   

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin okyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 12 oktyabr 2022-ci il tarixində Mingəçevirdə Mingəçevir şəhəri  və Yevlax rayonundan olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

   

Mingəçevir Şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Mingəçevir şəhəri və Yevlax rayonundan olan 61 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.