logo

“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Mingəçevir şəhəri və Yevlax rayonundan olan vətəndaşları qəbul edəcək


Yaradılıb: 05-10-2022 10:54
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 12 oktyabr 2022-ci il tarixində Mingəçevir şəhərində Mingəçevir şəhəri və Yevlax rayonundan olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 10:00-dan başlayaraq Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.
Vətəndaşlar qəbul üçün Mingəçevir Sukanal İdarəsinə və Yevlax Sukanal Sahəsinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və office@azersu.az elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.